İstanbulda Atatürk hava limanında törədilən terror aktı ilə əlaqədar daha 6 əcnəbi vətəndaş saxlanılıb. "Frans Press" agentliyinin verdiyi xəbərə görə, həbslər iyulun 7-də İstanbulda, polisin keçirdiyi əməliyyat zamanı baş tutub.
gundemxeber.az virtual-a istinadən bildirir ki, saxlanılanlar İŞİD-lə əlaqədə şübhəli bilinirlər. Onların hansı ölkə vətəndaşı olması barədə məlumat verilmir.
Bundan əvvəl Atatürk hava limanında törədilən terror aktı ilə əlaqədar 30 nəfərin həbs edildiyi bildirilirdi.
İyunun 28-də Atatürk hava limanında 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Partlayışı İŞİD terror təşkilatına mənsub şəxslər törədiblər.
Sorğu
Yeni dizaynımız necədir?