Türkiyənin baş naziri Binəli Yıldırımın evinin yerləşdiyi İstanbul Tuzlada minlərlə adam toplaşıb.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, əllərində bayraqlar olan insanlar dağılışmaq xahişinə rəğmən hələ də orada dayanaraq ölkənin, millətin birliyi üçün dua edirlər. Səsgücləndirici vasitəsilə karqo şirkətlərinin maşınlarıyla əraziyə gələ biləcək adamların qarşısının alınması istənildi. Həmçinin hava limanına gedən yolun da bağlanılması istəyi dilə gətirildi.
Hərbçilərin mümkün hücumuna qarşı baş nazirin evinin yanında polislərlə yanaşı, yanğınsöndürən maşınlar da növbə çəkir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?