"Türkiyədə baş verən hadisələri təşkil edən daxili və xarici qüvvələr cəzalarını alacaqlar".
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, bu fikri Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, Türkiyədə hökuməti devirməyə çalışan qüvvələr Amerikada yaşayan Fətullah Gülən tərəfindən idarə olunur.
"Bir neçə dəfə Türkiyədə ordu hökuməti devirməyə çalışıb. O zaman xalq müqavimət göstərməmişdi. Amma 15 iyul hadisələrində insanlar küçələrə çıxıb əsgərlərin qarşısını kəsdi", deyə diplomat bildirib.
Orhan İşık, başda prezident İlham Əliyev olmaqla, qardaş Azərbaycan xalqının baş verənlərə görə narahatlığını ifadə etməsinin Türkiyəyə güc verdiyini bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?