Türkiyədə dövlət çevrilişi planı baş tutmayandan sonra FETÖ-nün "sui-qəsd planları"nı işə saldığı deyilir.
gundemxeber.az publika.az-a istinadən bildirir ki, F.Gülənin tərəfdarlarına yeni təlimatlar verməsi haqda məlumatlar yayılıb.
Məlumata görə, iyulun 15-də Gülən tərəfdarları şifrəli kodla Pensilvaniyaya "çevriliş planı uğursuz oldu, nə edək?" sualını göndərib.
Pensilvaniyadan gələn cavab isə belə olub: "Ordu içində de-şifrə olunmayanlar hərəkətə keçsin. Hər kəs öz bölgəsində önəmli adamlara qarşı sui-qəsd etsin".
Bu məlumatlar ortaya çıxandan sonra Türkiyə kəşfiyyatı bütün ölkə üzrə hərəkətə keçiblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?