İŞİD-in keçmiş “Boko Haram” nümayəndəsi Barnavi haqda təşkilat lideri kimi danışmasından sonra aqibəti haqqında sual işarələri yaranan Şekau 10 dəqiqəlik bir səs yazısı yayıb. İŞİD-ə bağlı bir jurnalda daha əvvəl “Boko Haram”ın mətbuat nümayəndəsi olan Əbu Musab əl-Barnavidən təşkilatın yeni lideri kimi bəhs edilmişdi. Ancaq “Boko Haram” lideri Əbubəkr Şekaunun aqibəti haqqında heç bir açıqlama verilməmişdi. Xəbərin mətbuata əks olunmasından sonra "məqam”ını itirən Şekauya aid olduğu bildirilən 10 dəqiqəlik səsli mesaj yayılıb: "İnsanlar hələ də buralarda olduğumuzu bilməlidirlər. Xalq arasında fikir ayrılığına səbəb olmayacağıq, Qurana görə yaşamağa davam edəcəyik". Bu arada həm “Boko Haram” daha əvvəl yayımladığı qeydlərini bilən bir AFP müxbiri, həm də Almaniya mərkəzli bir təhlükəsizlik mərkəzinin eksperti səsin Şekauya aid olduğunu təsdiqləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?