Ermənistanın baş prokuroru Gevork Kostanyan avqustun 4-də “səhhətilə əlaqədar” istefa verib.
Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib ki, Kostanyan müalicə aldıqdan sonra dövlət postuna qayıda bilər. Lakin o, bu postu dəqiqləşdirməyib.
Bundan əlavə, Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin rəisi Mnatsakan Maruxyan “pensiya yaşı ilə əlaqədar” işdən çıxarılıb.
Ötən gün Yerevan rayon polis idarələrinin iki rəisi də işdən çıxarılıb. Bu gün Yerevan rayon idarələrinin birinin də rəisi işdən azad edilib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?