Amerikanın "Stratfor" analitik mərkəzi Ermənistanda ölkə rəhbərliyinə qarşı etiraz aksiyalarının sürəcəyini proqnozlaşdırır. Mərkəzin hazırladığı məqalədə aksiyaların zokarılıqla müşayiət olunacağı da istisna edilmir. “İnsanlar hakimiyyətin vədlərinə şübhəylə yanaşırlar” Məqalədə deyilir ki, Ermənistanda girov böhranı sona çatsa da, əhali əvvəlki kimi ölkə rəhbərliyindən narazıdır. İyulun 17-də Ermənistan prezidenti Serj Sarkisian-ın xalqın qarşısına çıxıb, islahatlara başlayacağını deməsini xatırladan müəllif yazır ki, insanlar hakimiyyətin bütün vədlərinə şübhəylə yanaşırlar. Məqalədə vurğulanır ki, qoşunların təmas xəttində aprel eskalasiyası zamanı erməni tərəfinin illər öncə işğal etdiyi Azərbaycan ərazilərinin bir hissəsini itirməsi Sarkisyanın imicinə ciddi zərbə vurub. “Azərbaycanla qarşıdurma indən belə də...” Materialda daha sonra deyilir: "Xalqın narazılığı, Azərbaycanla qarşıdurma indən belə də Ermənistan hökumətinin gələcəyinə kölgə salacaq. Ermənilərin çoxu Dağlıq Qarabağdakı aprel olaylarından son dərəcə qəzəblidir. Onlar bunu Ermənistan hökumətinin böyük uğursuzluğu sayırlar. Xalqın hökumətə təzyiqi artıqca-artacaq". İstefa xəbərləri yayılır Ermənistanın "Qraparak" ("Meydan") qəzeti ölkənin baş prokuroru Gevorg Kostanian-nın istefa verdiyini yazıb. Ermənistan mediasında baş nazirin də mümkün istefa xəbəri yayılmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?