Moskva sakini olan qadın polisə şikayətlənərək təcavüzə məruz qaldığını deyib.
Onun sözlərinə görə, hadisə əri mənzildə yatanda baş verib. Unikal.org Bloknot-a istinadən bildirir ki, Moskvanın Tverskaya küçəsindəki evlərdən birində yaşayan qadının şikayət ərizəsi şəhərin mərkəzi polis idarələrindən birinə daxil olub.
Qadın yatdığı zaman animasiya personajının, Pokemonun təcavüzünə məruz qaldığını deyib.
Qadın uzun müddət "Pokemon Go" oyunu oynadığını, sonra yatdığını bildirib: "Ayılanda isə pokemon tərəfindən zorlandığımı gördüm. Dərhal telefonu götürüb oyuna daxil oldum. Sən demə, o pokemon mənzilimdəydi. Ərim yatırdı və heç nədən xəbəri olmadı".
Ər arvadının dediklərini sərsəmləmə adlandırıb. Qadın hirslənib və polisə yollanıb. Qadın polisdə deyib: "Pokemonlar artıq həyatımıza daxil olublar. Onlar çox incə materiyalarda mövcuddur".
Polisin şikayət ərizəsini qəbul edib-etmədiyi bəlli deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?