GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Erməni-rus təhlükəsinə qarşı Bakının “Sehrli çubuq”u…

Erməni-rus təhlükəsinə qarşı Bakının “Sehrli çubuq”u…

Tarix: 26-09-2016, 12:16 Bölmə :Dünya Baxış: 474
Erməni-rus təhlükəsinə qarşı Bakının “Sehrli çubuq”u…

Müdafiə və Qarabağ strategiyamızda mühüm gəlişmə; Azərbaycan işğalçı ölkənin hərbi paritet yaratmasına heç vaxt imkan verməyəcək, bu yöndə İsrail vazkeçilməz müttəfiq-tərəfdaşa çevrilməkdədir; ilin sonunadək bu dövlətdə səfirliyimiz açılsa, təəccüblü olmayacaq; yəhudi politoloq: “Bakı İsrailin müasir sistemləri hesabına ”İsgəndər” raketləri də daxil, havadan bütün hücumları dəf edəcək”
rrQarabağ danışıqları növbəti dəfə dalana girmək üzrədir – özü də bu dalan yenə işğalçı Ermənistan və onun əsas havadarı Rusiya sayəsində qaçılmaz olub. İrəvandakı 21 sentyabr hərbi paradı və paradda Rusiyanın bağışladığı deyilən (hələ ki rəsmi Moskva təkzib etməyib)”İsgəndər” raket komplekslərinin nümayişi, eyni gündə işğal altındakı Ağdamda erməni silahlı qüvvələrinin təlimlərə başlaması bu qənaəti xeyli möhkəmlədib.
Bu isə o deməkdir ki, prezidentlərin növbəti birbaşa görüşü ya baş tutmayacaq, ya da baş tutsa belə, erməni tərəfinin öz köhnə iddialarına köklənməsi fonunda simvolik xarakter daşıyacaq. Yəni aprel döyüşlərindən sonra nizamlama prosesində gözlənilən nəticə yenə olmayacaq. Adekvat şəkildə müharibə riski böyüyəcək təbii ki. Siyasi təhlilçilərin bu yöndə narahatlıq və xəbərdarlıqları artmaqdadır.
***
“Görünür, gözlənilən payız danışıqları ya baş tutmayacaq, ya da baş tutsa da, heç bir nəticə verməyəcək. Ona görə ki, ermənilər tamamilə başqa istiqamətə köklənib. Onlar elə düşünür ki, guya 2-5 aprel müharibəsində itirdikləri əraziləri geri qaytara bilərlər”. Qarabağ danışıqları ətrafında son durumu şərh edən politoloq Qabil Hüseynli bu fikirdədir (Ölkə.az).

Erməni-rus təhlükəsinə qarşı Bakının “Sehrli çubuq”u…

“Rusiya Azərbaycana silah satmaq istəyir və bundan da çox böyük gəlir götürür. Hazırda Rusiyadan silah alan ölkələrin sayı çox azalıb. Onların içərisində Azərbaycan ön sırada gəlir. Rusiyaya pul lazımdır. Bu pulu da əldə etmək üçün ən gözəl mənbə hərbi sənaye kompleksidir ki, silahlar münaqişə olan ölkələrə satılsın”, – deyə politoloq Moskva üçün ölkəmizin hərbi-texniki önəmindən danışarkən qeyd edib.
Lakin onun sözlərinə görə, Azərbaycan bu dəfə fərqli davranacaq: “Azərbaycan texniki parametrlərinə görə, yeni texnologiyalara dayanan silahlar almağa üstünlük verir. Bakı bundan sonra Rusiya silahlarından daha üstün silahlar əldə etməyə çalışacaq. Bu istiqamətdə İsraillə əməkdaşlıq çox sərfəlidir. Sabah Bakıda silah sərgisi keçiriləcək. Həmin sərgidə İsrail yeni və texnoloji üstünlüklərə malik, dünyada analoqu olmayan silahlarla təmsil olunacaq. Eyni zamanda İsraillə danışıqlar gedir ki, Azərbaycan həmin silahları almaqla yanaşı, o silahların ölkəmizdə istehsalını da təmin edəcək. Hazırda Azərbaycanda İsraillə müştərək bir sıra müasir silahların istehsalı davam edir. Həmin silahlar Ermənistanda yoxdur”.
Ekspert Azərbaycan İsraildən əlavə, Pakistanla da hərbi əməkdaşlığa maraqlı olmasına diqqət çəkib: “Pakistan Azərbaycana müasir tipli, Çinlə birgə istehsal edilmiş qırıcı təyyarələr göndərməyə hazır olduğunu bildirib. Həmin təyyarələr bir sıra texniki üstünlükləri ilə yanaşı, qiymət baxımından da rus təyyarələrindən ucuzdur. Bizim başqa çıxış yolumuz yoxdur, ordu sürətlə yeni silahlarla təmin edilməli, təlimlərə ara verməməlidir. Müdafiə Nazirliyində keçirilən son müşavirədə Ermənistanın bütün hərbi obyektlərinin müşahidə altına götürülməsi və onların məhv edilməsi üçün indidən tədbirlər görülməsi haqqında göstəriş verilib. Azərbaycanın buna imkanı var”.

Erməni-rus təhlükəsinə qarşı Bakının “Sehrli çubuq”u…

Q.Hüseynli də belə vəziyyətdə yeni müharibə ehtimalı kifayət qədər real sayır. “Bunun da əsas səbəbkarı Rusiya və onun regiondakı əlaltısı Ermənistandır. Danışıqlar prosesinə söz verən Rusiya ümumiyyətlə, son vaxtlar bu danışıqların keçirilməsi barədə fikir də səsləndirmir, yaxasını hər şeydən kənara çəkərək əl altdan, xəyanətkarcasına təyyarə ilə göndərə bilmədiyi raketləri quru yolla, bizim də çox kömək etdiyimiz Gürcüstanın ərazisindən Ermənistana ötürür. Ermənistana gedən silah-sursatın böyük hissəsi Gürcüstan quru yolu ilə göndərilir. Gürcüstan tərəfi isə Rusiya tərəfindən Ermənistanın militarisləşdirilməsinə, silahla təmin edilməsinə maneçilik törətmir. Halbuki Gürcüstanın torpaqları Rusiyanın işğalı altındadır” – sonda politoloq əlavə edib.

Erməni-rus təhlükəsinə qarşı Bakının “Sehrli çubuq”u…

Beləcə, Rusiyanın “hərbi balans” bəhanəsi ilə öz forpostunu silahlandırmaqda davam eləməsi, o sırada “İsgəndər”lə bağlı yaşanan qalmaqal, nəticə etibarilə kövrək sülh danışıqlarının pozulması həqiqətən də ölkəmizi öz hərbi taktikasını gücləndirmək, bütövlükdə özünün Qarabağ strategiyasına düzəliş etmək zorunda qoyur. Çünki işğala məruz qalan tərəf kimi Azərbaycan heç vaxt təcavüzkarın nəinki hərbi cəhətdən ondan üstün olmasına, hətta paritet yaratmasına belə razı ola bilməz.
Bu yöndə isə Bakının köməyinə gerçəkdən də ən əvvəl özünün ən müasir və modern hərbi texnologiyaları ilə İsrail gələ bilər. Aprel döyüşləri də göstərdi ki, həmin texnologiyalar hətta Rusiyanın özündə yoxdur və istehsalı gözlənilmir. Bu istiqamətdə Azərbaycanla İsrail arasında əlaqələr yüksələn xətlə inkişaf edir və yəqin ki, yaxın perspektivdə, vurğulandığı kimi, növbəti sanballı anlaşmaların şahidi olacağıq.
Rusiyanın “İsgəndər” riyakarlığı sözsüz ki, bu prosesi sürətləndirəcək. Bu kontekstdə İsrailin baş naziri Benyamin Netanyahunun qarşıdakı Bakı səfəri ikiqat önəm kəsb edir. Hətta istisna deyil ki, Bakı-Təl-Əviv yaxınlaşması fonunda İsraildə Azərbaycan səfirliyinin açılması məsələsi də nəhayət, öz müsbət həllini tapsın. İlin sonunadək bu hadisə də baş versə, gərək təəccüblü olmasın.
Bu hadisə Azərbaycana münasibətdə vaxtaşırı qeyri-dost münasibəti sərgiləyən Rusiya və İranla yanaşı, işğalçı Ermənistan üçün əlavə çəkindirici faktor olacaq, qaynar başlar üçün “soyuq duş” effekti yaradacaq. Həm də o səbəbə ki, yəhudi dövləti ilə isti və yaxın münasibətlər, avtomatik şəkildə güclü beynəlxalq yəhudi lobbisinin himayəsi deməkdir.

Erməni-rus təhlükəsinə qarşı Bakının “Sehrli çubuq”u…

“Azərbaycan İsrailin müasir raketdən müdafiə sistemləri (RMS) vasitəsilə öz ərazisini bütünlüklə müdafiə edə bilər”. Haqqin.az xəbər verir ki, bunu İsrailin Rusiyadakı sabiq səfiri, “Avropa-Asiya” İnstitutunun rəhbəri Svi Maqen deyib. Onun sözlərinə görə, İsrailin RMS-ləri “İsgəndər” raketləri, pilotlu və pilotsuz uçan təyyarələr, hətta minomyot mərmiləri də daxil, havadan olan ən geniş spektrli hücumları dəf etməyə hesablanıb: “Hərbi əməkdaşlıq çərçivəsində Azərbaycan öz müdafiəsini ”Sehrli çubuq” müasir İsrail sistemləri hesabına təmin edə bilər. Bu sistem ən uzaq məsafə və yüksəkliklərdə belə ballistik raketləri müəyyən edib məhv etmək qabiliyyətinə malikdir”.
Bu yerdə xatırladaq ki, az öncə Bakı və Təl-Əviv arasında İsrailin modern “Dəmir gümbəz” raket əleyhinə sistemi ilə bağlı anlaşma əldə olunduğu haqda məlumat yayılmışdı. İsrailli politoloq xəbəri təsdiqləyir və əlavə edir ki, İsrail başqa ölkələrə silah satmağa ehtiyatla yanaşsa da, Azərbaycanın durumu İsrailin vəziyyətinə yaxın olduğu üçün yanaşma fərqlidir: “Fakt budur ki, böyük olmayan bir dövlət müxtəlif xarici təhdidlərə məruz qalır. Belə vəziyyətdə Azərbaycan İsrail RMS-ləri əldə eləməklə öz təhlükəsizliyini tam təmin edə bilər. İsrail hökuməti Azərbaycanla hərbi və başqa sahələrdə əməkdaşlığı yüksək qiymətləndirir. Müasir silahlarda maraqlı olan və buna maddi imkanı olan Bakı İsrail silahının etibarlı alıcısıdır”.
***
“Dəmir günbəz”in ardınca “Sehrli çubuq”… Bu, erməni-rus iş birliyi və “İsgəndər” təhlükəsinə qarşı Bakının ən güclü kontur gedişi və cavab gedişı olardı. Belədə Azərbaycanın paritet üçün Rusiyadan bahalı “İsgəndər” komplekslərini almasına da lüzum qalmayacaq.
“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni nazir Bakıdakı paraddan danışdı

    Erməni nazir Bakıdakı paraddan danışdı ...

    26-06-2013, 17:02

  • 
  • Rus general: “İsgəndər” raketləri Avropaya yerləşdirildi

    Rus general: “İsgəndər” raketləri Avropaya ...

    17-12-2014, 00:13

  • 
  • Prezidentlərin növbəti görüşü ABŞ-da keçiriləcək

    Prezidentlərin növbəti görüşü ABŞ-da keçiriləcək ...

    28-10-2014, 12:00

  • 
  • Rus “İsgəndər”ləri Avropanı və Azərbaycanı təhdid edir (Video)

    Rus “İsgəndər”ləri Avropanı və Azərbaycanı təhdid ...

    16-12-2013, 01:35

  • 
  • Müdafiə Nazirliyi: 8 erməni hərbçisi məhv edilib

    Müdafiə Nazirliyi: 8 erməni hərbçisi məhv edilib ...

    21-01-2015, 22:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu