ABŞ Senatı Barak Obamanın veto qoyduğu qanun layihəsinin lehinə səs verib. Bu qanun layihəsi 2001-ci ilinin 11 sentyabr teraktının qurbanlarının ailələrinə Səudiyyə Ərəbistanına qarşı təzminat tələbi ilə məhkəmə iddiaları qaldırmağa imkan verir.
Milli.Az Reuters-ə istinadən bildirir ki, ABŞ prezidenti Barak Obama Konqresin qəbul etdiyi bu qanun layihəsinə ötən həftə veto qoymuşdu. Layihənin Senata keçməsi üçün səslərin 2/3-ni yığmaq, yəni vetonu dəf etmək üçün 67 senatorun sənədi dəstəkləməsi gərəkdi.
Senatorların hamısı qanun layihəsinin lehinə səs veriblər.
Növbəti mərhələ Nümayəndələr Palatasında səsvermə olacaq. Əgər konqresmenlər prezidentin vetosunu dəf edə bilsələr, bu, Obama administrasiyasının fəaliyyəti dövründə Ağ Evlə Konqres arasında ilk ciddi münaqişə olacaq.
Barak Obamanın mətbuat katibi Coş Ernestin dediyinə görə, "Senatın bu qalmaqallı qərarı Ağ Evi çox hiddətləndirib".
Ağ Ev və Barak Obama indiyədək dəfələrlə bəyan etmişdilər ki, sözügedən qanun layihəsinin qəbul edilməsi ABŞ-ın bir sıra ölkələrlə münasibətlərinə və ölkənin təhlükəsizliyinə təhdid yarada bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?