Dünən Yeni Zelandiya sahillərində baş verən zəlzələ 2 m hündürlükdə sunaminin yaranmasına yol açıb.
Bu barədə Yeni Zelandiyanın “Weather Watch” meteoroloji portalı məlumat yayıb.
Zəlzələnin gücünün isə 7,5 deyil, 7,9 maqnitudalı olduğu üzə çıxıb. Sunami paytaxt Vellinqton və Kaslpoynt rayonu sahillərində müşahidə edilib. Sunami dalğalarının hündürlüyü 2 metrdən az olsa da, yenə də təhlükəlidir. Vətəndaş Müdafiəsi və Fövqəladə Hallar İşləri üzrə Nazirlik bir sıra sahil şəhərlərində sunami təhlükəsi elan edib. Əhalinin hündür, təhlükəsiz yerlərə getməsi tövsiyyə edilib. Əhali paytaxt Vellinqtonu tərk edir. Dünən günün sonunda Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayaraq bildirib ki, zəlzələ ocağı 1.02 radələrində Amberli şəhərindən 63 km şərqdə, Kraystçerç şəhərindən 93 km şimal-şərqdə, 8 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?