Əlaqəyə girdiyi "kediciklərə" çılpaq namaz qıldırır
Bugünkü araşdırmamızın məqsədi onun fəaliyyətini tənqid etmək və ya onu tərifləyib zirvələrə çıxarmaq deyil. Məqsədimiz Adnan Oktarın kim olduğu, onun nəyə nail olmaq istədiyi barədə cəmiyyəti məlumatlandırmaqdır. Araşdırmada jurnalist mövqeyimizi ortaya qoymamışıq və əsasən rəsmi dəlillərə, faktlara söykənmişik. Onun fəaliyətinə tənqidi və ya tərifəlayiq yanaşmağı isə siz oxucularımızın səlahiyyətinə buraxırıq.
Günümüzdə demək olar ki, hər kəs Adnan Oktarla bağlı az-çox təsəvvürlərə malikdir. Maraqlısı ondan ibarətdir ki, onun barəsində yayılan məlumatlar bir birilə ziddiyyət təşkil edir. Nəticə etibarilə bəziləri onu islamın xilaskarı, qurtarıcısı, bəziləri isə islam dinini təhrif edən, dini əslində olduğu kimi yox, bəzi qüvvələrin təsiri ilə tamamilə təhrif olunmuş formada təqdim edən, islam dininin qəbul etmədiyi əxlaqsız görüntüləri islama uyğunlaşdıran bir şəxs kimi qəbul edir.
Əslində Adnan Oktar kimdir? Adnan Oktar 1956-cı il fevralın 2-də Ankarada dünyaya gəlib. Əsl adının Adnan Arslanoğulları olduğu bildirilir. İstanbul Universitetində memarlıq fakültəsinə daxil olsa da, sonradan Ədəbiyyat fakültəsində fəlsəfə və tarix üzrə təhsilini davam etdirib. 1987-ci ildə “Harun Yəhya” imzasıyla “Yəhudilik-Masonluq” adlı kitab yazıb. O, “Texniki və Elmi Araşdırma” və “Milli Dəyərlərin Mühafizəsi” Vəqfinin qurucusu və fəxri sədri sayılır. Dini təhsili olmayan Adnan Oktarın həm atası, həm də anası yəhudidir. 1979-80-ci illərdə “Adnan Hoca Qrupu” olaraq bilinən qruplaşmanı yaratmağa başladı. O dövrdə Yasin Gürlek və 2-3 adam da onun yanında olub. Daha sonralar isə tələbələr arasından 20-25 nəfərdən ibarət qrup yaradır. O, qrupa üzv qəbul edərkən varlı, ağıllı, mədəniyyətli və gözəl şəxslərdən olmasına diqqət göstərib. Bunun səbəbi də belə şəxslərin nüfuz dairəsinin geniş olması, beləcə, təşkilat olaraq daha qısa müddətdə güclənmələrini təmin etmələridir. Onların əsas vəzifəsi verilən təlimatları vaxtında yerinə yetirməkdir.
Türkiyə mətbuatına istinadən xəbər veririk ki, Adnan Oktarın dəstəsində kişi imamlar mühüm rol oynayırdı. Qrupa işçi qəbul etmək və imam səviyyəsində olmayan digər üzvləri istiqamətləndirmə, idarə etmə vəzifələri imamlara aiddir. Kişi imamların bir vəzifəsi də Adnan Oktara cinsi əlaqədə olmağı üçün qadın və qız gətirməkdən ibarətdir. Qadın imamlar “Bacılar” adlandırılır və 4 ayrı evdə qalırlar. Onlar ailələrindən ayrılaraq şəbəkəyə qatılan qadın üzvlərə nəzarət edirlər. Bacılar eyni zamanda Adnan Oktarın kitab yazma işlərində də yaxından iştirak edirlər. Qrupa üzv olan hər bir qadın Adnan Oktar və digər imamlarla cinsi əlaqədə olmalıdırlar. Adnan Oktar və dəstəsinin böyük bir şantaj şəbəkəsi var idi. Onların təşkilatdan ayrılanları alçaltmaq kimi bir strategiyaları vardı. Buna görə də uşaqlarını onlardan ayıran ailələr haqqında şantaj və təhdid fəaliyyətləri göstərirdilər. Bu barədə Adnan Oktarın özü ifadə verərkən söyləyib.
Bəs Adnan Oktara Azərbaycandan kim dəstək verir? “Azərbaycanlılar çox tərbiyəlidir, çox hörmətlidirlər, əxlaqları idealdır” deyən Adnan Oktarın verilişlərində dəfələrlə azərbaycanlılar iştirak edib. Azərbaycandan gedən Ramiq Vəliyev, Tural Vəlizadə, Ramil Rüstəmov, Xəyalə Səfərova, Nərmin Kərimzadə, Sahib Süleymanov, Vəfa Kərimzadə, Sevinc Haqverdizadə, Elvin Pirquliyev Türkiyənin A9 televiziyasında “Adnan Oktarla söhbətlər” proqramında iştirak ediblər. Əldə etdiyimiz məlumatlara görə Ramiq Vəliyev Adnan Oktarın tərəfdarlarının Azərbaycan şəbəksinə rəhbərlik edir. Onun evli olduğu Aysel Vəlizadə də Adnan Oktar ideyalarının daşıyıcısıdır. Onların hər ikisi ilə əlaqə saxlamağa çalışsaq da, həm Ramiq Vəliyev, həm də Aysel Vəlizadə suallarımızı cavabsız qoydular. Ramil Rüstəmov isə SOCAR-da çalışıb. Hazırda Ramil Rüstəmov Adnan Oktarın Azərbaycan şəbəkəsinin ən fəl üzvlərindəndir.
Adnan Oktar cinsi əlaqəyə girdiyi qızlara əvvəlcə çılpaq namaz qıldırır. Bunu etiraf edən həmin qızlardan biridir və bu məsələ Türkiyə mediasında xəbər olaraq gedib. Belə ki, Türkiyənin “Habertürk” kanalı belə bir məlumat yayımladı ki, “Elmi araşdırma vəqfi” adı altında fəaliyyət göstərən Adnan Hoca ləqəbli Adnan Oktar və adamlarının şəbəkəsinə düşərək illərcə yanlarında qalan bir gənc qızın verdiyi ifadə Adnan Oktar və ətrafının iç üzünü ortaya çıxarıb. Seks obyektinə çevrilən gənc qızın hazırlanan iddianamədəki ifadəsi çox tükürpədicidir.
Gənc qız yaşadıqlarını belə izah edir: “16 yaşımdaykən biriylə tanış oldum. Sonradan onun Adnan Oktar tərəfdadarı olduğunu öyrəndim. Dini söhbətlər də edərək, namaz qılmağımın lazım olduğunu, ancaq bu namazın hər kəs tərəfindən bilindiyi şəkildə deyil, gündə iki dəfə, səhər və axşam iki rükət, hər rükətdə bir neçə söz istifadə etməklə qılacağımı söylədi. Hətta çılpaq (lüm-lüt) də namaz qıla biləcəyimi söylədi”. “42 kişi ilə müxtəlif yollarla cinsi əlaqədə oldum” – deyən gənc qız ifadəsində aşağıdakılarl da söylədi: “Onun təzyiqləri nəticəsində qrupdakı kişilərlə cinsi əlaqədə oldum. Məni inandırdılar ki, onlarla cinsi əlaqədə olduğum təqdirdə Allah yanında böyük bir savab işləyəcəyəm. Nəticədə qrup üzvü olan 42 adamla oral və anal yollardan cinsi əlaqəyə girdim. Cinsi xəstəliklərə tutuldum, müalicə aldım. Qrupun içərisində, “cəriyə” kimi adlandırılan qızların evinə gedib gəlməyə başladım. Adnan Oktarın yazdığı kitabları davamlı oxudum. Qardaşlar olaraq bildiyimiz qrup üzvlərinin evlərində cinsi əlaqəyə girdik. 7 qız da kişilərlə davamlı əlaqəyə girirdi. Hətta əlaqəyə girdiyimizdə başqa kişilər otaqlara rahatca girib çıxırdı”.
Gənc qız Adnan Oktarla qarşılaşmasını isə belə izah etdi: “Mənə xəbər verdilər ki, Adnan hoca gələcək və mən dərhal açıq rəngli bir paltar geyinməliyəm. Adnan Hoca gəldikdə ayağa qalxdım. Bizə baxacağını söyləyərək yanına çağırdı. Əlləri ilə bellərimizin incəliyini nəzarət edib dodağımızı aşağı itələyib ağzımıza baxdı”. Adnan Oktar 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Türkiyədə məşhurlaşıb və çox tezliklə Azərbaycan və digər ölkələrdə tanınıb. Ancaq həmin vaxtlar Televiziya ekranlarında, ictimaiyyət qarşısında görünmürdü. O, kitablarını Harun Yəhya ləqəbi ilə yazırdı. İlk dövrdə onun kitabları əsasən materializmin tənqidi, Darvinin təkamül nəzəriyyəsinin həqiqət olmadığını sübuta yetirilməsinə həsr olunmuşdu. Bu mövzuda çoxsaylı kitablar çap olundu, sənədli filmlər hazırlandı. Bu kitablar türkcə ilə yanaşı dünyanın bir sıra dillərinə, o cümlədən rus və Azərbaycan dillərinə də tərcümə olunurdu. Məhz materializmin tənqidi üzərində qurulmuş Adnan Oktar kitabları tezliklə dinlə yeni tanış olmağa başlayan post-sovet respublikalarında da məşhurlaşdırdı. Adnan Oktarın əsas diqqət göstərdiyi sahə Mason təşkilatları ilə əlaqə saxlamaq olub. Onun İsraillə yaxşı əlaqələrinin olması, hətta İsraildən gələn nümayəndə heyətlərini qəbul etməsi yəhudi dövlətində bu adama ciddi münasibət olduğunu və yaxın əlaqələrə işarə idi. Bəzi mənbələrə görə onu maliyyələşdirən qüvvənin arxasında məhz İsrail dövlətinin olduğu qeyd edilir. Lakin gülünc məqam ondan ibarədir ki, bu şəxs öz verilişində üç-dörd əcnəbi vətəndaşı “masonlar” adı ilə təqdim edib özünün masonluğa qəbul mərasimini təşkil edib. Verilişlərində də tez-tez özünün 33-cü dərəcəli mason olduğunu masonlarla birgə namaz qılmasını bəyan etməsi isə ayrı bir komediyadır. Əslində bütün bu proseslər onun şizofren xəstəsi olması ilə bağlı şübhələri də artırır. Təsadüfü deyil ki, Adnan Oktarın 7 müxtəlif xəstəxanadan “Şizofren” xəstəliyi diaqnozunun qoyulması ilə bağlı mətbuatda məlumatlar dolaşırdı. Adnan Oktara qarşı Türkiyədə bir sıra məhkəmə iddiaları və həbs qərarları olub. İlk dəfə 1991-ci ildə kokain istifadəçisi kimi ittiham olunub. Ancaq bu ittihamdan 1994-cü ildə bəraət alıb. Bundan başqa ordudan yayınması ilə bağlı barəsində ittihamlar irəli sürülüb. 2008-ci ilin mayın 9-da İstanbul 2-ci Ağır Cəza Məhkəməsi Adnan Oktar barəsində şəxsi mənafeyi naminə təşkilat qurmaq ittiham ilə 3 il azadlıqdan məhrum etmə qərarı çıxarıb. Hazırda O, A9 telekanalında “Adnan Oktarla söhbətlər” adlı proqramın aparıcısıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?