Hindistanın cənubunda fəaliyyət göstərən partladıcı maddə istehsalı müəssisəsində baş vermiş güclü partlayış nəticəsində 18 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Tamilnadu ştatında baş verib. Partlayış nəticəsində bina uçub. Partlayış dalğası beton plitələrini 50-dək kənara atıb, yaxınlıqdakı evlərdə və avtomobillərdə şüşələr qırılıb. Partlayış yerli əhali arasında təlaşa səbəb olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?