2017-ci il aprelin 1-dən müxtəlif yaş kateqoriyalarına aid 15 ölkənin, habelə 55 yaşa çatan 12 ölkə vətəndaşları Özbəkistana vizasız gedə biləcəklər.
Yerli mətbuatın yazdığına görə, müvafiq fərmanı dekabrın 2-də indiki prezident Shavkat Mirziyaev imzalayıb.
Sənəddə Avstraliya,Avstriya,Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Koreya Respublikası, Sinqapur, Finlandiya, İsveçrə və Yaponiya sakinlərinə qarşı viza rejiminin qaldırılması nəzərdə tutulur.
Söhbət yalnız 30 günlük vizadan gedir.
Həmçinin yaşı 55-ə çatan Belçika, İndoneziya, Çin,Malayziya, ABŞ, Fransa, Vyetnam, İsrail, Polşa, Macarıstan, Portuqaliya və Çexiya vətəndaşları gələn il aprelin 1-dən Özbəkistana 30 günlük vizasız səfər edə biləcəklər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?