Ümumi Suriya üzrə vəziyyətin normallaşması Rusiya və Türkiyə üçün prioritet məsələdir və bu bütün regionun xeyrinə olacaq.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşündən sonra bildirib.
O, Suriyada vəziyyətin çox gərgin olaraq qaldığını qeyd edib: “Bununla belə, Rusiyanın mövqeyi ondan ibarətdir ki, Suriya böhranının nizamlanması və ölkənin gələcəyinin müəyyənləşməsi, ilk növbədə, ölkədaxili dialoq əsasında baş verməlidir”.
“Bütün bunlar suriyalıların özlərinin nəzərdə tutduqları və hazırladıqları prosedurların daxilində baş verməlidir”, - deyə Medvedev qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?