Nigeriyada kilsənin tavanının uçması nəticəsində ən azı 160 nəfər həyatını itirib. Bu barədə yerli xəstəxananın direktoruna istinadən “Associated Press” məlumat yayıb. İnsident şənbə günü ölkənin cənub-qərbində yerləşən Uyo şəhərində (Akva-İbom ştatı) baş verib. Kilsənin tavanı ibadət zamanı uçub. Qeyd olunur ki, ölənlər arasında yüksəkvəzifəli məmurlar da ola bilər. Hadisə yerində xilasetmə işləri davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?