Terror aktı zamanı 15 nəfər yaralanıb Suriyanın Dəməşq əyalətinin qərbində baş verən partlayış nəticəsində ən azı 5 dinc sakin ölüb, daha 15 nəfər yaralanıb. Bu barədə SANA məlumat yayıb. İlkin məlumata görə, Sasaa yaşayış məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb. Bundan əvvəl 2 nəfərin öldüyü və 10 nəfərin yaralandığı, onların arasında iki uşaq və 7 qadının olduğu bildirilmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?