Türkiyənin Baş naziri Binəli Yıldırım və Şimali İraq Kürd Regional rəhbəri Məsud Bərzani cəbhə bölgəsinə gedib.
Musavat.com xəbər verir ki, Baş nazir Binali Yıldırım və İraq Kürd Regional başçısı Məsud Bərzani zərdik dağında İŞİD-ə qarşı mübarizə aparan peşmərgə qüvvələrini ziyarət edib.
Görüşdə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan da iştirak edib.
Baş nazir Bərzani ilə görüşdə PKK-ya da mesaj verib.
"PKK-nın İraq torpaqlarından ölkəmizə reallaşdırdığı hücumlar əsla qəbul edilə bilməz. Bu mövzuda lazım olan nə varsa hamısı sonuna qədər ediləcək. Bu terror təşkilatının qərbə doğru yayılması, Şengen bölgələrdə məskunlaşması da əsla və əsla qəbul edəcəyimiz bir şey deyil "
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?