ABŞ-ın populyar realiti-şou ulduzu, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan erməni əsilli Kim Kardaşyan 3 dekabrda Parisdə qaldığı oteldə qarət olunması ilə bağlı olaraq Fransada 16 nəfərin saxlandığı bəlli olub.
Türk mediası xəbər verir ki, təxminən 11 milyon dollarlıq daş-qaşın soyğunu ilə bağlı təhqiqatları davam etdirən fransız polisi dekabrdan bəri ilk dəfə həbslər həyata keçirib.
Məşhur MediaTakeout saytı isə Kardaşyanın Parisdə 11 milyon dollarlıq zinət əşyalarının aparılması ilə başa çatan qarətinin, əslində, qurama, əvvəlcədən hazırlanmış əhvalat olduğunu yazmışdı. MediaTakeout qeyd etmişdi ki, Kim Kardaşyan 11 milyon dollarlıq zinət əşyalarının guya oğurlandığını sübut etmək üçün "qarət"i hazırlayıb: məqsəd həmin zinət əşyalarına görə sığortanı almaqdı.
Məşhur Gizmodo portalı da Kim Kardaşyanın bu qarəti əvvəlcədən "səhnələşdirdiyini" yazıb. Belə ki, Parisdəki "Hotel de Pourtales" otelinə soxularaq Kardaşyanı guya "qarət" edən, üzlərində maska olan 5 şəxs erməni şou ulduzunun bu oteldə qaldığını əsla bilə bilməzdilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?