Tehranda 17 mərtəbəli "Plasko" ticarət mərkəzində yanğının 9-cu mərtəbədə baş verməsi bildirilir. "Təsnim" agentliyinin verdiyi məlumata görə, bina 50 il öncə tikilib. Hazırda binanın yerləşdiyi ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, xilasedicilər xilasetmə işləri aparırlar. Belə ki, son məlumatlara görə, uçmuş binanın altında 30-a yaxın adamın olduğu bildirilir. Binanın dağıntıları altında qalan şəxslərin hamısının yanğınsöndürənlər olduğu barədə məlumat verilib. Tehranın baş qubernatorunun müavini Mosin Hamedaninin sözlərinə görə, yaxınlıqda yerləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirliklərində əməkdaşların təxliyyəsi yanğın baş verən zaman, bina çökməmiş dərhal həyata keçirilib. İranın paytaxtı Tehranda çoxmərtəbəli binada baş verən yanğından sonra binanın çökməsi nəticəsində 30 yanğınsöndürən ölüb, 38 nəfər yaralanıb. "Habertürk" xəbər verir ki, bu haqda İranın rəsmi televiziyası məlumat yayıb. Güclü yanğın nəticəsində 17 mərtəbəli ticarət mərkəzi çöküb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?