- Türkiyə məhkəməsi Yunanıstana qaçmış 8 hərbçinin həbsinə dair qərar qəbul edib.
Bu barədə “Anadolu” xəbər verir. Qeyd edək ki, Yunanıstan Ali Məhkəməsi bundan əvvəl 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyədən helikopterlə bu ölkəyə qaçan hərbçilərlə bağlı yekun qərarını açıqlayıb. Məhkəmə hərbçilərin Türkiyəyə ekstradisiya edilməməsi barədə qərar çıxarıb.
Sorğu
Yeni dizaynımız necədir?