Kaliforniya ştatının keçmiş qubernatoru, aktyor Arnold Şvarsneqqer ABŞ prezidenti Donald Trampın 7 dövlətin qaçqın və məcburi köçkünlərinin bu ölkə ərazisinə girişini qadağan edən miqrasiya fərmanını tənqid edib.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, o, verilən qərarın düzgün olmadığını bildirib:
"Mən əslində bu sərəncamın nəyə görə verildiyini anlayıram. Ölkəmizə başqa insanlar tərəfindən zərər gəlməsin deyə. Amma bu cür hədəflərə çatmağın digər yolları var. Kimisə ölkəyə gəlməyə qadağan etmək, ağılsızlıqdır və biz kənardan axmaq kimi görünürük".
Şvarsneqqer onu da qeyd edib ki, fərman ABŞ Milli Təhlükəsizlik və Ədliyyə Nazirlikləri ilə razılaşdırılaraq, verilməli idi.
Xatırladaq ki, bu fərmandan sonra D.Tramp ilk dəfə deyil ki, tənqid olunur. Bundan əvvəl ölkə rəhbərinin siyasətinə Hollivud aktyoru Eşton Katçer də narazılığını bildirmişdi.
Qeyd edək ki, ABŞ prezidentinin verdiyi yeni sərənxama əsasən, Suriya, İran, Sudan, Liviya, Somali, Yəmən və İraq vətəndaşları sığınacaq üçün ABŞ-a müraciət edə bilməzlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?