Bu gün Türkiyə vaxdı ilə 13:45-də Hatayın Reyhanlı qəsəbəsində bələdiyyə binası yaxınlığında 2 ayrı partlayış meydana gəlib.
Gündəm Xəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, daxili işlər naziri Müəmmər Gülər partlayışla bağlı ilkin olaraq, 42 adamın öldüyü, 29-u ağır olmaqla 100-dən çox adamın yaralandığını açıqlayıb. Terror içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomobil vasitəsilə Reyhanlının mərkəzindəki Atatürk prospektində, bələdiyyə və poçt binalarının qarşısında törədilib. Qeyd edək ki, partlayışın baş verdiyi yerdə, fotoqrafın lentə aldığı bir şəkil maraq doğurub. Belə ki, şəkildə partlayan avtomobillərdən birinin qarşısına mis məftil ilə bağlanmış halda yanmış cəsəd əks olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?