Fevralın 18-də Hollandiyada yaşayan bloqqer, siyasi mühacir Orduxan Teymurxanın bacıları Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılıblar. Bu haqda bloqqer özü sosial şəbəkələrdə məlumat yayıb.
ZƏNG GƏLƏN NÖMRƏYƏ ZƏNG ÇATMIR
Orduxan Teymurxan bildirib ki, ona zəng gəlib və bacılarının polisin əlində olduğu bildirilib. Adını açıqlanmayan polis əməkdaşı O.Teymurxana "Sən kişi olsaydın, bacılarını bura gətirməzdik" deyib və onu hədələyib. Bloqqer bildirir ki, ailəsi onun xaricdəki fəaliyyətinə və Azərbaycan hakimiyyətinə qarşı tənqidi fikirlərinə görə incidilir. Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsindən
AzadlıqRadiosuna bu haqda onlarda hər hansı məlumat olmadığını deyiblər. Sosial şəbəkələrdə Suraxanı rayon Polis İdarəsinin rəisi Namiq Həsənovun bloqqerə zəng etdiyi telefonun nömrəsi də paylaşılıb. Ancaq həmin nömrəyə artıq zəng çatmır. Suraxanı rayon Polis İdarəsinin rəisi Namiq Həsənov 2003-cü ildə "İgidliyə görə" medalı ilə təltif olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?