GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Terrorun “atası” Amerika həbsxanasında öldü...

Terrorun “atası” Amerika həbsxanasında öldü...

Tarix: 20-02-2017, 01:00 Bölmə :Dünya Baxış: 369
Terrorun “atası” Amerika həbsxanasında öldü...

Amerikanın Şimali Karolina ştatının həbsxanasında yerli vaxtla ötən şənbə günü səhər islami jihadın ideoloji “atası” hesab olunan Ömər Abdel-Rahman “təbii səbəblərdən” ölüb.

Virtualaz.org xəbər verir ki, bu barədə “Reuters” həbsxana rəsmilərinə istinadən bildirib. “Kor şeyx” ləqəbli Ömər Abdel-Rahman Nyu Yorka Dünya Ticarət Mərkəzində 1993-cü ildə törədilmiş terror hücumuna və 1995-ci ildə Nyu Yorkda seriya terror hücumları planlaşdırdığına görə ömürlük həbs cəzasına məhkum edilmişdi. O, 10 ildir ki, həmin həbsxanada saxlanılırdı. “Kor şeyxin” öldüyünü onun oğlu, hazırda Misirdə ailəsi ilə birlikdə yaşayan Ammar da təsdiq edib.

Şeyx Ömər-Abdel Rahman 1938-ci ildə Misirdə anadan olub, Qahirədəki “Əl-Əzhar Universiteti”ində təhsil alıb. İslami cihadın əsas ideoloqlarından olan Abdullah Azzamın ən fəal tələbələrindən sayılırdı. Misir İsraillə sülh əldə edəndən sonra 1978-ci ildə Misirdə bu razılaşmaya qarşı “Camaa İsmaliyyə” islamçı qruplaşması bu sülh razılaşmasına qarşı çıxdı, qrupun liderlərindən biri də Ömər Abdel-Rahman idi.Misirlə sülh razılaşması imzalayan Misir prezidenti Ənvər Sadatın 1981-ci ildə hərbi parad zamanı öldürülməsindən sonra onu da həbs etdilər. O, həmin sui-qəsdin təşkilatçıları arasında yer alırdı, lakin sübut tapa bilmədiklərinə görə 1983-cü ildə şeyxi həbsdən azad edirlər.

Terrorun “atası” Amerika həbsxanasında öldü...

Həbsdən azad ediləndən dərhal sonra Ömər Abdel-Rahman Əfqanıstana gedir və orada sovet qoşunlarına qarşı döyüşən mücahidlərə qoşulur. Həmin müharibədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Abdel-Rahmana tam dəstək verirdi. Əfqanıstanda sovet qoşunlarına qarşı döyüşlərdə xidmətlərinə görə ABŞ Abdel-Rahmanı 1990-cu ilədək qüvvədə olan turist vizası ilə mükafatlandırmışdı. Həmin turist vizası ilə ABŞ-a gedən Abdel-Rahman bu ölkədən siyasi sığınacaq istəyir, iddia edir ki, Misir hakimiyyəti “dini inanclarına görə” onu təqib edir. Ancaq şeyxin sığınacaq xahişi rədd edilir, o, 1992-ci ildə məhkəmə mübarizəsini də uduzur. Lakin ABŞ-da qaldığı həmin müddət ərzində şeyx ölkə boyu çox intensiv səfərlər edirdi və müsəlmanları Birləşmiş Ştatlara qarşı cihada səfərbər edirdi.

Tezliklə Abdel-Rahman ABŞ-dakı “Əl-Faruk” məscidinin imamı olur, onun məcid icmasındakı rəqibi, böyük pullara nəzarət edən Mustafa Şalabi 1993-cü il fevralın 25-də müəmmalı şəkildə öldürülür. Onun ölümündən bir gün sonra isə şeyxin davamçıları Dünya Ticarət Mərkəzində terror törədir. FTB bildirirdi ki, Abdel Rahman Əfqanıstandakı əlaqələrindən istifadə edərək bu terror hücumunu planlaşdırmışdı. Nəhayət “kor şeyx” 1995-ci ildə həbs olunur və ömürlük həbs cəzasına məhkum edilir. 2007-ci ildə onu Kolorado ştatındakı həbsxanaya köçürürlər.

Abdel-Rahman “kor şeyx “ ləqəbini uşaqlıqda diabet xəstəliyi nəticəsində kor olduğuna görə qazanıb. O, həbsxanada da qlobal cihadın əsas ideoloqlarından biri olaraq qalırdı. Abdel-Rahman bütün həyatını müsəlmanları Misirdə islamçıların hökranlığını qəbul etməyən hökumətləri və adamları öldürməyə çağırmaqla keçib.

“Abdel-Rahman 90-cı illərdə törədilmiş ən qanlı və səs-küylü terror hücumlarının arxasında dayanan adamdır. Bu terror hücumları hazırda dünyanı bürümüş terrorçu hərəkatın fundamenti oldu”-Vaşinqtondan radikal islam üzrə ekspert Bryus Hoffman bildirir.

Abdel-Rahmanın ABŞ-da ömürlük həbs cəzasına məhkum edilməsi onun davamçılarının qızğın reakiyalarına səbəb olmuşdu. “Əl-Qaidə” dəfələrlə hər bir müsəlmanı Ömər Abdel-Rahmanın həbsinə görə ABŞ-dan qisas almağa çağırmışdı.

2006-cı ildə “kor şeyxin” səhhəti həbsxanada kəskin pisləşəndə Amerika xüsusi xidmət orqanları narahat idilər ki, onun həbsxanada ölümü yeni terror hücumlarına təhrik edə bilər. FTB müəyyən etmişdi ki, “kor şeyx” öz tərəfdarlarına vəsiyyət göndərərək həbsxanada ölərsə buna görə qisas almağa çağırıb. 1998-ci ildə “Əl-Qaidə” nümayəndələri şeyxin vəsiyyətini mətbuat konfransında açıqlamışdılar.

Ömər Abdel-Rahmanın oğlu Ahmed 2001-ci ildə Amerika xüsusi xidmət orqanları tərəfindən həbs olunub. O, “Əl-Qaidə” lideri Üsəma bin Ladenin ən yaxın köməkçilərindən biri idi. Ehtimal edilir ki, Ahmed Ömər Abdel-Rahman hansısa Amerika gizli həbsxanasında saxlanılır, yaxud artıq sağ deyil...

F.Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş prokuror istefa verdi

    Baş prokuror istefa verdi ...

    9-07-2013, 19:53

  • 
  • Misirdə hoteldə iki partlayış olub

    Misirdə hoteldə iki partlayış olub ...

    24-11-2015, 12:57

  • 
  • İŞİD komandanından atasına zəng: “Darıxma, tezliklə Rusiyaya hücuma başlayırıq...”

    İŞİD komandanından atasına zəng: “Darıxma, ...

    10-10-2014, 17:31

  • 
  • İŞİD-dən betəri gəlir - “Horasan”

    İŞİD-dən betəri gəlir - “Horasan” ...

    22-09-2014, 12:58

  • 
  • Misirdə kilsə yaxınlığında partlayış baş verib: 20 ölü, 30 yaralı

    Misirdə kilsə yaxınlığında partlayış baş verib: ...

    12-12-2016, 20:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu