“Çiçəklənən Ermənistan” partiyasının deputatlığa namizədi Abram Adamyan bıcaqlanıb.
İnsident Ararat vilayətinin Sayat-Nova kəndində qeydə alınıb. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Naira Zohrabian bıcaqlayan şəxsin hakim “Respublika” partiyasının üzvü olduğunu bildirib. Zohrabian ölkədə seçkiqabağı mübarizənin siyasi müstəvidən kriminal müstəviyə keçdiyini deyir. Partiyanın Masis şöbəsinin rəhbəri Tigran Stepanyan AzadlıqRadiosu-nun Ermənistan xidmətinə Adamyanın xəstəxanada əməliyyat oldunduğunu deyib. Polis Masis xəstəxanasına 1 yaralı gətirilməsi xəbərini təsdiqləyib. Ararat vilayətinin qubernatoru Aramais Grigoryansa söhbətində onların dost olduqlarını deyib. Qeyd edək ki, aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək. Müxalifətdə olan keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş xarici işlər nazirləri Vardan Oskanyanla Raffi Ovanisyan seçkiyə bir blokda gedirlər. Blokun seçki siyahısına Ohanyan başçılıq edir. Ohanyan ötən ilin aprelində Dağlıq Qarabağda baş verən bir neçə günlük silahlı toqquşmadan sonra müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb və bundan sonra siyasi düşərgəyə qoşulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?