Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclası Türkiyədə keçiriləcək.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin şəxsən bəyan edib.
Qeyd edək ki, bu gün Moskvada Türkiyə prezidenti və geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclası keçirilib.
İclasda ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib - vizasız rejimə keçid, iki ölkə arasında aviareyslərin sayının artırılması, təhlükəsizlik, iqtisadi və digər məsələlər nəzərdən keçirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?