Tayqada 4 yaşlı qızını qoca valideynlərinin himayəsində qoyan Tuva sakini barəsində cinayət işi qaldırılıb.
Bu barədə Rusiya İstinqtaq Komitəsindən bildiriblər. 4 yaşlı uşağın adı açıqlanmayan 31 yaşlı valideyni “təhlükədə qoyma” ittihamı ilə üzləşib. İstintaq hesab edir ki, qadın valideynlərinin Тере-Хольского rayonunun uzaq yaşayış məskənində yaşadığını, bura gedib-gəlməyin çətin oldugunu bilirdi: “Onu da bilirdi ki, ahıl yaşındakı insanlar uşağın təhlükəsizliyini təmin etmək iqtidarında deyillər”. Fevralın 8-də uşağın nənəsi xəstələnib, ona görə də 4 yaşlı uşaq yaxınlıqdakı yaşayış məskəninə köməyə gedib: “Uşaq tayqada 8 km yol gedib”, istintaq bildirib. Uşaq həkim nəzarətindən keçirilib, onda ümumi donvurma olsa da, sağlamlığına hər hansı təhlükə müşahidə edilməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?