Avropa Birliyi Türkiyənin Avropa məkanına inteqrasiyasına yönəlik bir neçə layihəni maliyyələşdirməyi dayandırıb.
Bu barədə Avropa Birliyinin qonşuluq siyasəti və genişlənmə üzrə avropa komissarı Yohannes Han açıqlama verib. O bildirib ki, Türkiyədə iyuldakı baş tutmayan dövlət çevrilişinə qədər artıq başlamış mənfi tendensiya təkcə AB standartları ilə yox, həm də beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Avropa Birliyi tərəfindən Türkiyəyə maddi dəstəyi 2014-2020-ci illər ərzində 4,45 milyard dollar təşkil edirdi. Bu vəsaitdən hələlik Türkiyəyə 167 milyon avro verilib. Brüsselin nə qədər vəsaiti və hansı layihələri dəstəkləməyi dondurduğu hələ ki, bəlli deyil. “Gündəm Xəbər” “Alman dalğası”na istinadən bildirir ki, Avropa Birliyi Ankara ilə danışıqları kəsməyib və Türkiyəyə kömək etmək istəyir. Ancaq Yohannes Han vurğulayıb ki, Türkiyənin Avropa Birliyinə qəbulu ilə bağlı danışıqlar faktiki olaraq dayandırılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?