Stokholmda dövlət idarələri və təşkilatlar üzərində olan dövlət bayraqları ötən gün baş vermiş terror aktı zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq endirilib.
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, bayraqların endirilməsi barədə qərar İsveçin digər regionlarında da qəbul edilib.
Hazırda insanlar insident baş vermiş əraziyə gül-çiçək gətirməkdə davam edirlər.
Xatırladaq ki, ötən gün İsveçin paytaxtı Stokholmda sürücü yük maşınını kütlənin üzərinə sürüb. Nəticədə 5 nəfər ölüb, xəsarət alanlar olub.
İsveç polisi və baş nazir hadisəni terror aktı adlandırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?