GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Dünya böyük savaş astanasında - Pentaqon hazırlıq görür

Dünya böyük savaş astanasında - Pentaqon hazırlıq görür

Tarix: 21-04-2017, 18:15 Bölmə :Dünya Baxış: 470
Dünya böyük savaş astanasında - Pentaqon hazırlıq görür

Politoloqdan şok açıqlama: “Başqa bir təhlükə Şimali Koreya quru qüvvələrinin 1 milyona yaxın əsgərinin minlərlə tank və zirehli texnika ilə Cənubi Koreya üzərinə hücuma başlaması ehtimalıdır”

“Şimali Koreya məsələsinin son həftələrdə aktuallaşması bu ölkə rəhbərliyinin aqressiv militaristləşmə siyasəti və təhdidləri ilə bağlıdır”.
Politoloq Şahin Cəfərli bunu “Yeni Müsavat”a Şimali Koreya ətrafında yaranmış gərgin situasiyanı şərh edərkən bildirdi. Ekspert xatırlatdı ki, təkcə mart ayında Şimali Koreya 4 dəfə ballistik raket sınaqları keçirib:“Baxmayaraq ki, bu cür sınaqlar BMT Təhlükəsizlik Şurasının qərarı ilə qadağan edilib. Raketlər Yapon dənizi istiqamətində atılıb və Pxenyan gizlətmir ki, bu sınaqlar Yaponiyadakı ABŞ hərbi bazalarına zərbə endirilməsinə hazırlıq məqsədi daşıyır. Daha bir orta mənzilli ballistik raket sınağı isə Cənubi Koreya istiqamətində zərbə endirmək məqsədilə həyata keçirilib. Şimali Koreyanın qurucusu Kim İr Senin 105 illiyi münasibətlə yeni raket sınağının keçiriləcəyi gözlənilirdi. Bununla əlaqədar ABŞ Koreya yarımadasına “Carl Vinson” aviadaşıyıcısının başçılığı ilə zərbə qruplaşması göndərdi. Şimali Koreyanın keçirdiyi sınaq uğursuz oldu, lakin onlar bayram münasibətilə təşkil etdikləri hərbi paradda sualtı qayıqlardan atıla bilən ballistik raketlər nümayiş etdirdilər. Bundan başqa, “millət atası”nın 105 illiyinə həsr olunmuş yubiley konsertində ABŞ-a raket zərbəsinin imitasiya edildiyi video təqdim olundu”.


Ş.Cəfərlinin sözlərinə görə, bütün bunlar artıq göstərir ki, təkcə ABŞ-ın bölgədəki müttəfiqləri Cənubi Koreya və Yaponiya, eləcə də bu ölkələrdəki ABŞ hərbi kontingentləri yox, bilavasitə ABŞ-ın özü də potensial təhlükə altındadır: “Kim Çen In rejiminin nüvə sınaqları keçirməyə hazırlaşması Vaşinqtonun narahatlığını daha da artırır. Bütün bunlar göstərir ki, Şimali Koreya məsələsi ABŞ üçün artıq həlli vacib problem kimi gündəmə gəlib. Barak Obama bu məsələdə daha uzunmüddətli siyasət aparırdı və Şimal Koreyanı sərt sanksiyalarla çökdürərək yolundan döndərmək niyyətində idi. Lakin bu siyasətin hər hansı effekt vermədiyi ortadadır. Donald Tramp problemi çox da uzatmadan həll etməyin zəruri olduğunu düşünür”. Böyük savaş ehtimallarına gəldikdə, politoloq qeyd etdi ki, güc nümayişi ilə yanaşı, Ağ Ev rəhbəri hələlik siyasi-diplomatik vasitələrə üstünlük verib.


Bəzi ekspertlər Şimali Koreya sahillərinə istiqamətlənən Amerika təyyarədaşıyan gəmilərinin paralel olaraq Çinə də mesaj verdiklərini düşünürlər. Ş.Cəfərli isə Trampın Çin hökumətini Şimali Koreya üzərindəki ciddi təsir imkanından istifadə etməyə çağırdığına diqqət çəkdi: “Tramp istəyir ki, Çin Şimali Koreyanı nüvə proqramından imtina edərək dünyaya inteqrasiya olmaq yolunu seçməyin zəruriliyinə inandırsın. Əgər bu baş tutmasa, onda ABŞ-ın gücə əl atmaqdan başqa yolu qalmayacaq”.Siyasi təhlilçi Vaşinqtonun Şimali Koreya məsələsində israrlı olduğunu və güzəştsiz davranacağını zənn edir: “Vaşinqton Rusiya və Çindən sonra ABŞ-a nüvə zərbələri endirmək qüdrətinə malik üçüncü bir dövlətin meydana çıxmasına qətiyyən yol vermək niyyətində deyil. Təsadüfi deyil ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens bu günlərdə Cənubi Koreya və Yaponiyaya səfəri zamanı Obama dövründəki “strateji təmkin” siyasətinin sona çatdığını bəyan etdi. Hazırkı mərhələdə siyasi-diplomatik yola üstünlük verilməsi yaxın aylar üçün müharibə təhlükəsinin real olmadığını söyləməyə əsas verir. Düzdür, Kim Çen In kimi qeyri-adekvat adamın, Donald Tramp kimi proqnozlaşdırılması çətin olan bir liderin olduğu yerdə hər an hər şey baş verə bilər, ona görə də heç nəyi istisna etmək olmaz. Amma ABŞ-ın siyasəti hazırda bütün siyasi vasitələrdən və imkanlardan sona qədər istifadə edilməsinə yönəlib. Yalnız bütün siyasi vasitələr, diplomatik metodlar tükəndikdən və nəticə vermədikdən sonra hərbi gücün tətbiqinə qərar veriləcək. Pentaqon buna hazırlıq görür”.

Dünya böyük savaş astanasında - Pentaqon hazırlıq görür

Bəzi müşahidəçilər dünyaya qapılarını qapamış Pxenyanın hərbi imkanlarının şişirdildiyini, hətta onun nüvə silahına malik olması haqda iddialarının doğru olmadığını zənn edir. Lakin Ş.Cəfərli məsələyə ciddi reaksiyanın tərəfdarıdır: “Hər kəs çox yaxşı anlayır ki, Şimali Koreya nə İraqdır, nə Əfqanıstan. Söhbət 1,2 milyonluq orduya, 5 milyon nəfərə yaxın canlı qüvvə ehtiyatına, ballistik raketlərə, nüvə silahına malik aqressiv dövlətdən gedir. Bu ölkəyə qarşı preventiv zərbələr o qədər şiddətli, intensiv, genişmiqyaslı və zərgər dəqiqliyi ilə həyata keçirilməlidir ki, Şimali Koreyanın cavab addımlarına macalı qalmasın. Çünki Şimali Koreyanın cavab zərbələri xüsusən Cənubi Koreya üçün fəlakətli nəticələr verə bilər. Şübhə yoxdur ki, ABŞ həm Cənubi Koreya və Yaponiyanı, həm də bu ölkələrdəki bazalarını raket hücumlarından qorumaq imkanına malikdir. Bunun üçün bölgəyə THAAD raket hücumundan yerüstü müdafiə sistemləri yerləşdirilib, hərbi gəmilərdə eyni məqsədli “Aegis” sistemi qurulub. “Patriot” kompleksləri də var. Lakin bu müdafiə tədbirlərinə baxmayaraq, Şimali Koreyanın ata biləcəyi çoxlu sayda raketlərin bəzilərinin müdafiə sistemlərindən yayınaraq hədəflərə çatması ehtimalı da var”. Ekspert qeyd etdi ki, digər tərəfdən, Cənubi Koreya üçün ən böyük təhlükə mənbəyi şimalın uzaqvuran artilleriya qurğularıdır:“Paytaxt Seulun mərkəzi hissəsi Şimali Koreya sərhədindən cəmi 50 km, ətrafları – Seul-İnçxon aqlomerasiyası isə 25 km aralıda yerləşir. Bu məsafələr Şimali Koreya uzaqvuran artilleriyasının və reaktiv atəş sistemlərinin zərbə mənzilidir. Təsəvvür edin ki, eyni anda yüzlərlə, bəlkə də minlərlə artilleriya və reaktiv sistemlərdən Seula zərbələr endirilərsə, 20 milyonluq şəhərdə nələr baş verə bilər. ABŞ əməliyyata qərar verərsə, bu böyük riski aradan qaldırmaq zorundadır. Yəni, Şimali Koreya artilleriyasının mövqelərinə o qədər şiddətli və intensiv zərbələr endirilməlidir ki, onların atəş açmaq imkanı olmasın. Başqa bir təhlükə Şimali Koreya quru qüvvələrinin 1 milyona yaxın əsgərinin minlərlə tank və zirehli texnika ilə Cənubi Koreya üzərinə hücuma başlaması ehtimalıdır. Cənubi Koreyanın daha müasir silahlara malik ordusu ABŞ aviasiyasının dəstəyi ilə bu təhlükənin qarşısını almaq gücündədir. Amma bu, çox böyük itkilər hesabına başa gələ bilər”.

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanqgyu “Yeni Müsavat”ın da iştirak etdiyi brifinq zamanı Şimali Koreya təhlükəsindən danışmışdı. Diplomat demişdi ki, Pxenyanın əsas məqsədi nüvə silahına sahib olmaqdır. Səfirin sözlərinə görə, Şimali Koreyanın nüvə silahına sahib olması təkcə Cənubi Koreya üçün, region üçün deyil, bütün dünya üçün təhlükə yarada bilər. “Azərbaycan Şimali Koreyadan uzaq bir ölkədir deyə belə qəbul oluna bilər ki, Şimali Koreyanın nüvə silahı əldə etməsi Azərbaycana heç bir təsir etməyə bilər. Lakin bu, Azərbaycan daxil olmaqla bütün dünyaya təhlükə ola bilər”-səfir demişdi. Görünən budur ki, artıq Şimali Koreya təhlükəsi qapını kəsdirib.


Cavid TURAN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şimali Koreya: “ABŞ-ı külə çevirərəm”

    Şimali Koreya: “ABŞ-ı külə çevirərəm” ...

    18-08-2014, 10:19

  • 
  • Şimali Koreya Yapon dənizinə raket buraxıb

    Şimali Koreya Yapon dənizinə raket buraxıb ...

    21-03-2016, 14:45

  • 
  • Şimali Koreya ballistik raketini sınaqdan keçirib

    Şimali Koreya ballistik raketini sınaqdan keçirib ...

    13-02-2017, 00:33

  • 
  • ​Şimali Koreya sualtı qayıqdan ballisitik raket buraxdı

    ​Şimali Koreya sualtı qayıqdan ballisitik raket ...

    9-07-2016, 11:07

  • 
  • Şimali Koreyanın raket sınağı uğursuz olub

    Şimali Koreyanın raket sınağı uğursuz olub ...

    16-04-2017, 21:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu