İngiltərədə bir xəstənin müayinəsi zamanı böyük qalmaqal meydana gəlib.
Surrey bölgəsində həkim ağır diaqnoz qoyduğu xəstəsinə onunla intim münasibət təklif edərək bunun ən yaxşı müalicə olduğunu bildirib.
"Mənə güvən, mən doktoram" deyən 43 yaşlı həkim, qadın xəstəsinə cinsi münasibətin onun ayaq əzələlərini canlandıracağını söyləyib.
Həkimin təklifinə əməl edən 30 yaşlı qadın sonrada səhhətində heç bir dəyişiklik baş vermədiyini görərək başqa həkimə müraciət edir. Və başına gələnləri həkimə nəql edir. Eşitdiklərindən şoka düşən həkim qadının aldadılaraq yalnız cinsi istismara məruz qaldığını deyib. Məhkəməyə şikayət edən qadın ifadəsində "Mənə münasibətinin normal olduğunu düşündüm və müalicəmə təsiri olacağını inandım" - deyə həkimin cəzalandırılmasını istəyir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?