Avropa Şurası Parlament Assambleyası (AŞ PA) peşman olacaq.
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını şərh edən nazir qurumun büdcəsinə ən çox ödəniş edən ölkələrdən birinin Türkiyə olduğunu bildirib:
"Bu ödənişin həcmini azaldacağıq, minimum ödəmə edəcəyik. Nümayəndə heyəti göndərib-göndərməməyi də dəyərləndiririk. Ata biləcəyimiz başqa addımlar da var. Bilsinlər ki, buna peşman olacaqlar".
Qeyd edək ki, aprelin 25-də AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?