Somalidə “Əş-Şəbab” terror qruplaşmasının lideri Abdi Badip məhv edilib.
Reuters agentliyinin verdiyi məlumata görə, bu barədə Somali hökumətinin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, Abdi Badip ölkənin cənubunda həyata keçirilən əməliyyat nəticəsində öldürülüb. Onun birgə terror qruplaşmasının daha 3 üzvü zərərsizləşdirilib. Əməliyyat zamanı bir ABŞ hərbçisinin həlak olduğu bildirilir.
Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?