Şimali Koreya deyir ki, dövlətə qarşı "düşmən aktlarında" şübhəli bilinən ABŞ vətəndaşını tutub. Pxenyan Elm və Texnologiya Universitetində (PUST) işləyən Kim Hak-song mayın 6-da saxlanılıb, KCNA dövlət agentliyi xəbər verir. Hazırda daha üç nəfər ABŞ vətəndaşı, o cüməldən PUST-da dərs verən Kim Sang-duck, Şimali Koreyada saxlanılır. Keçmişdə ABŞ deyib ki, Şimali Koreya Amerika vətəndaşlarını həbs edərək girov edir. KCNA agentliyinə əsasən Kim Hak-song-un iddia olunan cinayətləri "müvafiq orqanlar" tərəfindən "ətraflı araşdırılır". Bundan başqa detallar açıqlanmayıb. PUST-da əsasən Şimali Koreya elitasının uşaqları oxuyur. Bu universitet 2010-cu ildə, koreyalı-amerikalı xristian iş adamı tərəfindən təsis olunub. Onu əsasən ABŞ və Cənubi Koreyada yerləşən xristian xeyriyyə təşkilatları maliyyələşdirir. Deyilənə görə, universitetdə bir sıra xarici müəllim dərs deyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?