Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika yarışları keçirilir.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bu gün çəkisi 48 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Mərziyyə Məhərrəmova təmsil edib.
O, birdən qaldırma hərəkətində 66 kq-ı ram edib. Qadın atletimiz təkanla qaldırma hərəkətində 85 kq-ı başı üzərinə qaldıra bilib.
Toplam 151 kq (66+85) nəticə göstərən M.Məhərrəmova 48 kq çəki dərəcəsində 6-cı yeri tutub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?