Rusiya hava hücumundan müdafiə sistemləri Koreya Xalq Demokratik Respublikasının bazar günü yerli vaxtla saat 05:28-də (Bakı vaxtilə 00:28) ballistik raket atdığını təsbit edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında qeyd edilir. Bildirilir ki, bu raket atışı Rusiya üçün heç bir təhlükə kəsb etməyib. Xatırladaq ki, Koreyanın atdığı ballistik raketin buraxıldığı yerdən Yapon dənizinə doğru 800 km uçduğu, Koreya yarımadasından 400 km məsafədə Yapon dənizinə düşdüyü qeyd edilib. Pentaqon isə Rusiya ilə sərhədə 500 km qalmış yerə düşən raketin Yaponiyadan daha çox, Rusiyaya yaxın olduğunu bildirib. İddiaya görə, bu, Rusiyaya qarşı təhdiddir. Rusiya Müdafiə Nazirliyi hazırda Uzaq Şərqdəki bütün hava hücumundan müdafiə sistemlərinin aktiv döyüş hazırlığında və tam gücü ilə növbə çəkdiyini bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?