Bu saatlarda Gürcüstanın paytaxtı Tiflis şəhərində jurnalist Əfqan Muxtarlının həbsinə etiraz olaraq aksiya keçirilir.
Aksiyada müxalifət partiyalarının üzvləri, vətəndaş cəmiyyətinin fəalları yerli və xarici mediya nümayəndələri iştirak edir.
Aksiya iştirakçıları Gürcüstanın demokratiya yoluna çıxmış bir dövlət olduğunu, kimlərinsə onların dövlətini avtoritarizmə sürükləməsinə imkan verməyəcəklərini bildiriblər. Aksiyada Əfqan Muxtarlıya azadlıq tələb edən plakatlar qaldırılıb. Bir qrup gürcü siyasi fəal Əfqan qaçırılan zaman başına torba keçirildiyinə etiraz olaraq başlarına torba keçirərək aksiyaya qoşulublar.
Jurnalist dostumuz Vahid Qazı Gürcüstan Respublikaçılar Partiyasının qurucularından və hazırki rəhbərlərindən olan Levan Berdzenişviliyə, “Nə baş verir?” -sualını ünvanlayıb.
-“Bizdə bəziləri düşünür ki, Əfqan Muxtarlı Azərbaycan Xüsusi Xidmət orqanının işçiləri tərəfindən oğurlanıb. Amma buna heç kim inanmır. Bu doğrudan da, belədirsə, Gürcüstan Xüsusi Xidmət orqanlarının köməyi olmadan baş verə bilməz. Bu həm Gürcüstan qanunvericiliyinin, həm də, insan haqlarının pozulmasıdır və çox ayıbdır. Bizim partiya bu məsələyə etirazını bildirməyə hazırlaşır.” -Levan Berdzenişvili bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?