Ali məhkəmə baş prokurorun ölkədən çıxışına qadağa qoyub və bank hesablarını dondurub.
Venesuelanın baş prokuroru Luisa Orteqa Dias 4 iyul tarixində ifadə vermək üçün məhkəmə qarşısına çıxacaq. Bundan başqa ona ölkəni tərk etmək qadağan edilib. Eyni zamanda baş prokurorun bank hesabları dondurulub.
Dias vəzifəsindən sui-istifadədə və ciddi nöqsanlarda ittiham edilir. Son dövrlər baş prokuror prezident Nikolas Maduronun siyasətinə qarşı çıxış edirdi və məhkəmənin 8 üzvünün işdən alınmasını tələb edirdi.
Qeyd edək ki, Venesuelada hökumətə qarşı çıxışlar aprel ayından başlayıb./ölkə.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?