ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş və mülki şəxslər də daxil olmaqla, insan ölümü ilə nəticələnən hadisədən xəbərdardır. Gündəm Xəbər "Report"a istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir.
Vasitəçilər tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Onların sözlərinə görə, zorakılıq yalnız növbəti zorakılığı yaradır: "Bu uzun sürən münaqişənin həlli üçün yeganə məsuliyyətli və insani yol tərəflərin danışıqlar masasına qayıtmasıdır".
Həmsədrlər həmçinin həlak olanların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
Sorğu
Yeni dizaynımız necədir?