Türkiyənin Siirt şəhərinin icra nümayəndəsi Məhməd Qocabəyin avtomobilinin yaxınlığında partlayış baş verib.
Partlayış nəticəsində Məhməd Qocabəy yüngül xəsarət alıb və avtomobilə ziyan dəyib.
Məlumata görə, maşının yaxınlığında terrorçuların kustar üsulla hazırladığı bomba partlayıb.
Türkiyə Daxili İşlər naziri Süleyman Soylu verdiyi açıqlamada son vaxtlar baş verən hücumlar nəticəsində həlak olanların qanının yerdə qalmayacağını, terrorçularla bağlı lazımı tədbirlərin görüləcəyini deyib.
Sorğu
Yeni dizaynımız necədir?