ABŞ hərbi təyyarəsi Missisipidə qəzaya uğradı. Fövqəladə Hallar İdarəsindən verilən məlumata görə, ən azından 16 nəfər ölüb.
Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Missisipinin paytaxtı Cekson şəhərindən 100 mil məsafədə LeFlore bölgəsində olub. Qəzanın baş vermə səbəbləri haqqında məlumat verilmir.
FTB-nin mətbuat katibi Brett Karr New-York Times qəzetinə müsahibə verərək bildirib ki, FTB əməkdaşları hazırda qəzanın baş vermə səbəblərini araşdırırlar. Faktla bağlı araşdırma aparır.
Mississipi qubernatoru hadisənin faciə adlandırıb, lakin detalları barədə o da açıqlama verməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?