Gündəm xəbər APA-ya istinadən xəbər verir ki, bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.
O, bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviyanın ortaq hazırladığı məktubda DÇ-2022-nin Qətərdən alınmasının vacibliyi vurğulanıb.
Müttəfiqlər FİFA-ya Qətərdə keçirilməsi planlaşdırılarn mundialın terror təhlükəsi səbəbindən riskli ola biləcəyini bildiriblər. Bu səbəbdən azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq futbol bayramının bu ölkədə olmamasının doğru olacağını qeyd ediblər.
Xatırladaq ki, 6 ərəb ölkəsi - BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən və Liviya Qətəri terrora dəstək verməkdə ittiham edərək, onunla bütün diplomatik əlaqələri kəsiblər.
Qeyd edək ki, Dünya Çempionatının 2022-ci ildə 21 noyabr - 18 dekabr tarixləri arasında keçirilməsi planlaşdırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?