ABŞ-ın Florida ştatındakı Martin Kauntidəki Martin County High School-da ingilis dili müəllimi işləmiş Oliviya Spauer yarıçılpaq, bikinidə və lüt çəkdirdiyi fotoları satmağa hazırlaşır. "Viktoriya Ceyms" niki ilə fotosessiyalara çəkilmiş 26 yaşlı Oliviya satışdan əldə ediləcək gəlirləri Oklahomadakı dağıdıcı qasrığadan zərər çəkmişlərə yardım üçün xeyriyyə təşkilatlarının hesabına keçirəcək Oliviyanın çalışdığı məktəbin rəhbərliyi onu ötən ilin aprelində işdən qovmuşdu. Səbəb isə qadının erotik fotoları idi. "Məktəbin direktoru Alfred Fabrisio bu fotoların gerçək olub-olmadığını soruşdu. Mən də təsdiqlədim. Direktor söylədi ki, işimlə vidalaşmalıyam. Şoka düşdüm. Rəhbərliyin belə qərar qəbul edəcəyini düşünmürdüm", - Oliviya deyib. Oliviya Spauer indi şou-biznesdə məşhurlaşmaq niyyətindədir. "Oklahomada baş verən fəlakəti hamımız gördük. Zərər çəkmiş insanlara yardım hamımızın borcudur", - Oliviya söyləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?