İranın beynəlxalq ballistik raket proqramını dəstəkləyən "Şahid Həmmat Sənaye Qrupu" ilə əlaqəli 6 qurum da sanksiya siyahısına əlavə edilib. Bu barədə ABŞ-ın xəzinə nazirliyi məlumat verib.
Qərara əsasən "Şahid Həmmat Sənaye Qrupu"nun nəzarətində olan "Shahid Karimi İndustries", "Shahid Rastegar İndustries", "Shahid Cheraghi İndustries", "Shahid Varamini İndustries", "Shahid Kalhor İndustries" və "Amir Al MoMenin İndustries" şirkətləri sanksiya siyahısına əlavə edilib.
ABŞ xəzinə naziri Stiven Mnuçin deyib: "ABŞ hökuməti İranın ballistik raket proqramına dair fəaliyyətlərini, təxribat məqsədli raket atışını, təhlükəli ballistik raket istehsalını və digər fəaliyyətlərini hədəfə almağa davam edəcək"./ölkə.az
Sorğu
Yeni dizaynımız necədir?