ABŞ prezidenti Donald Tramp Rayns Pribusu vəzifədən uzaqlaşdırıb.
Gündəm Xəbər "Ölkə.Az"-a istinadən xəbər verir ki, Trampın sərəncamı ilə Con Kelli Ağ Evə baş katib təyin edilib. Con Kelli təyyarələrdə elektronik qurğu qadağası fikri ilə məşhurdur. Con eyni zamanda keçmiş hərbçidir. ABŞ prezidenti bu xəbəri Tvitter səhifəsində elan edib: "Ağ Evə baş katib olaraq Con Kellini təyin etdiyimi sizə elan etməkdən məmnuniyyət duyuram. Con böyük bir amerikalı və böyük bir liderdir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?