Çinli qadın kredit borcunu ödəməmək üçün qəribə üsula əl atıb.
Qadın 3.5 milyon dollar kredit borcunu ödəməmək üçün xarici görünüşünü tanınmayacaq dərəcədə plastik əməliyyat etdirib.
59 yaşlı Çju Natszyuan bu üsulla hüquq-mühafiəz orqanlarından gizlənə bilib. Hazırda onun harada olduğu bilinmir. Çju Uxan şəhərində yaşayıb. Polis qadını Şençjen şəhərində bilet alarkən saxlamağa çalışıb. Hüquq-mühafizə orqanı əməkdaşları təəccüb keçiriblər. Çünki qadının xarici görünüşü ilə polisin əlində olan şəkillər qətiyyən bir-birinə oxşamırdı. Çünki realda qadın daha gənc görünürdü. "Onun maksimum 40 yaşı olardı"-deyə polis işçisi bildirib.
Çjunun hadisəsi yeganə hadisə deyil. Təkcə Uxan şəhərində 6 ay ərzində kredit borcunu ödəməkdən boyun qaçırsan 186 nəfər saxlanılıb./ölkə.az
Sorğu
Yeni dizaynımız necədir?