Rusiyanın ən böyük almaz mədənində baş vermiş daşqın nəticəsində səkkiz mədənçi itkin düşüb. Cümə günü səhər saatlarında 100 mədənçinin olduğu bir tunelə su sızıb. Şərqi Sibirdə yerləşən Mir mədənində təhlükədə olan mədənçilərin əksəriyyəti xilas edilib, mədənin sahibi Alrosa şirkəti bildirib. Lakin şirkət həmçinin itkin düşmüş mədənçilərin yerinin məlum olduğu barədə məlumatların yalnış olduğunu və xilasetmə axtarışlarının davam etdiyini deyib. Hadisə yerinə dalğıcların gəldiyi bildirilir. Yakutiyanın Mirnı şəhərində fövqəladə vəziyyət elan edilib.
Şənbə günü səhər saatlarında bir kişi xilas edilib. O, yaxınlıqda bir xəstəxanaya ağ ciyər zədəsi ilə yerləşdirilib və hazırda reanimasiyadadır, Alrosa şirkəti qeyd edib. Şirkətin baş icraçısı Sergey İvanov digər mədənçilərin tezliklə tapılması üçün hər bir səyin göstərildiyini deyib. Alrosa indiyədək 142 mədənçinin mədəndən çıxarıldğını bildirib.
Mədənə qonşu olan açıq mədən dünyada qazılmış ən böyük yataqlardan biridir, lakin artıq orada mədənçilik əməliyyatları aparılmır. Mədəndə mədənçilik qazıntıları artıq yeraltı tünellərdə həyata keçirilir. Lakin artıq istifadədə olmayan yatağa dolan yağış suyunun problem yaratdığı mümkün ola bilər, təcili yardım xidmətləri bildiriblər. Hazırda köhnə mədən yatağında 300 min kubmetr və ya 120 olimpiya tipli üzgüçülük hovuzunun tuta bildiyi miqdarda su var, təcili yardım xidmətləri deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?