Samsung şirkətinin rəhbəri Li Cey Yonq 12 il müddətində azadlıqdan məhrum edilə bilər. Ona ünvanlanan ittihamlar ölkənin sabiq prezidenti Pak Qın Henin impiçmenti ilə nəticələnən korrupsiya qalmaqalı ilə əlaqəlidir.
Bazar ertəsi prokurorlar bildiriblər ki, Li prezident Pakın rəfiqəsi Çoy Sun Silin idarə etdiyi iki şübhəli qeyri-hökümət təşkilatına milyonlarla dollar ödəyib. Prokororların bəyanatında əlavə edilir ki, bu yolla Li, Milli Pensiya Xidmətinin Samsung-a aid iki şirkətin birləşməsi zamanı 100 milyon dollardan çox itkiyə baxmayaraq, korporasiyanın xeyrinə qərarın verilməsinə ümid edirdi.
Sözügedən birləşmə Liyə imkan verəcəkdi ki, holdinqə nəzarət xəstə atasından özünə keçsin. Li qeyri-qanuni bir şey etmədiyini bildirib.
Məhkəmənin qərarı bu ayın sonu veriləcəyi gözlənilir./amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?