Əli Zeydan Tripolidəki oteldən oğurlanıb. Bu barədə "Əl-Ərəbiyyə" kanalı məlumat verib. Məlumata əsasən silahlı qrup sabiq dövlət başçısını oteldən oğurlayaraq naməlum istiqamətdə aparıb.
Liviya mətbuatının xəbərinə əsasən Əli Zeydanı iqtidaryönlü Tripoli inqilab briqadası oğurlayıb. Onlar Liviya baş prokurorluğunun orderi əsasında hərəkət ediblər. 2013-cü ildə də Əli Zeydanı oğurlamışdılar və eyni gündə də sərbəst buraxmışdılar.
2011-ci ildə Liviya lideri Muəmmar Qəddafinin öldürülməsindən sonra ölkədə siyasi böhran davam edir. Liviyada ikihakimiyyətlilik hökm sürür: Ölkənin şərqindəki Tobruk şəhərində xalq tərəfindən seçilmiş parlament və Tripolidəki BMT və Aİ-nin dəstəyi ilə qurulan milli keçid şurası. Şərqdəki hökumət Tripolidən müstəqil hərəkət edir və Liviya milli ordusunun marşalı Xəlifə Xəftarla əməkdaşlıq edir. Xəftar radikal islamçı qruplaşmalara qarşı mübarizə aparır./ölkə.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?